Ağrı müalicəsi mərkəzi

Ağrı ilə yaşamaq məcburiyyət deyil

Bel, boyun, diz, baş və oynaq ağrılarını səbəbinə görə araşdırır, dəqiq təsvir nəzarəti altında minimal invaziv prosedurlarla müalicə edirik.

  • USM və flüoroskop nəzarəti
  • Minimal invaziv prosedurlar
  • Alqoloq həkim müayinəsi
Necə işləyirik

Müraciətdən nəzarət müayinəsinə qədər

Həkim müayinə qeydlərini nəzərdən keçirir
  1. Müraciət

    Zəng edin və ya onlayn sorğu göndərin — sizinlə əlaqə saxlayıb uyğun vaxtı razılaşdırırıq.

  2. Həkim müayinəsi

    Şikayətlər, müayinə və əvvəlki analiz/görüntüləmə nəticələri əsasında ağrının mənbəyi müəyyənləşdirilir.

  3. Prosedur

    Lazım olduqda USM və ya flüoroskop nəzarəti altında minimal invaziv prosedur aparılır.

  4. Nəzarət

    Nəticə izlənilir, növbəti addımlar və evdə nələrə diqqət ediləcəyi izah olunur.

Dr. Zülfüqar Yusifov
Baş həkim

Dr. Zülfüqar Yusifov

Təsisçi və baş həkim Anestezioloq-reanimatoloq, alqoloq
Mən, Zülfüqar Yusifov Bayandur oglu 1999-cu ildə ATU-ni bitirdikdən sonra son zamanlar üçün dünyada yeni olan alqologiya – ağrı müalicəsi elmi ilə məşğul olmağa başladım. Multidisiplinar sahə olaraq alqologiya bir sıra tibbi disiplinlərin…

Həkim haqqında

Üzv olduğu təşkilatlar
  • American Society of Regional Anesthesia and Pain Medicine
  • American College of Phlebology
  • World Academy of Pain Medicine Ultrasonography
  • Society of Vascular Ultrasound
  • World Institute of Pain
Videolar

Pasientlərimiz və mütəxəssis çıxışları

Hamısına bax
Pasient fikri Pasient fikirləri #3
Pasient fikri Pasient fikirləri #1
Pasient fikri Pasient fikirləri #4
Pasient fikri Pasient fikirləri #2
Mediada Varikoza son (ATV xəbər)
Prosedur Diz ağrılarının radiofrekans üsulu ilə müalicəsi
Suallar

Tez-tez verilən suallar

Ağrı mütəxəssisi (alqoloq) nə ilə məşğul olur?

Alqologiya ağrının diaqnostikası və müalicəsi ilə məşğul olan sahədir. Ağrı mütəxəssisi ağrının hansı strukturdan — oynaq, sinir, disk, əzələ və ya damardan qaynaqlandığını dəqiqləşdirir və müalicəni məhz həmin mənbəyə yönəldir. Zərurət olduqda nevroloq, ortoped, revmatoloq və digər mütəxəssislərlə birgə plan qurulur.

Prosedurlar ağrılıdırmı?

Prosedurlar lokal keyitmə ilə aparılır. Ən çox hiss olunan an dərinin keyidilməsi zamanı qısa yanğıdır. Prosedur boyunca təzyiq və ya dolğunluq hissi ola bilər. Kəskin ağrı hiss etsəniz, dərhal bildirməlisiniz — mövqe dəyişdirilir.

Prosedurdan sonra nə vaxt evə gedə bilərəm?

Əksər prosedurlar ambulator aparılır: qısa müşahidədən sonra həmin gün evə qayıdırsınız. Həmin gün ağır fiziki iş və sürücülük tövsiyə edilmir; mümkünsə sizi bir yaxınınız müşayiət etsin.

Nəticə nə vaxt hiss olunur?

Bu, tətbiq olunan üsuldan asılıdır. Lokal anestetikin təsiri ilə ağrı bir neçə saat tamamilə keçə, sonra qismən qayıda bilər — bu normaldır. Steroid tətbiq olunubsa, əsas təsir adətən 3–7 gün ərzində başlayır. Radiofrekans müalicəsindən sonra ilk günlərdə yüngül narahatlıq olur, fayda isə tədricən artır.

Bu müalicələr müvəqqətidir, yoxsa daimi?

Girişimsel müalicələr ağrını azaldır və hərəkət imkanını bərpa edir, lakin aşınmış qığırdağı və ya yaşla bağlı dəyişiklikləri geri qaytarmır. Nəticənin davamlılığı xəstəliyin mərhələsindən, yükdən və məşq rejimindən asılıdır. Ən yaxşı nəticə prosedur + fizioterapiya + həyat tərzi dəyişikliyi birlikdə tətbiq olunduqda alınır.

Cərrahi əməliyyatdan qaça bilərəmmi?

Çox hallarda ağrı cərrahi müdaxilə olmadan idarə oluna bilir. Lakin bəzi vəziyyətlərdə — məsələn, sürətlə artan güc itkisi, sidik-nəcis idarəsinin pozulması və ya ciddi sinir sıxılması zamanı — cərrahiyyə düzgün seçimdir. Belə hallarda vaxt itirmədən uyğun mütəxəssisə yönləndirilirsiniz.

Əlaqə

Müayinəyə yazılın

Sorğunu göndərin — iş saatlarında sizinlə əlaqə saxlayıb uyğun vaxtı təyin edək.

Onlayn randevu sorğusu

Bu, qəti randevu deyil — sorğunuzu aldıqdan sonra sizə zəng edib vaxtı təsdiqləyəcəyik.

Həssas tibbi məlumat yazmaq məcburi deyil.
Zəng edin Randevu